ƏNƏNƏVİ TƏHSİL ÜÇÜN PEYVƏND OLUNAQ !

ADPU – nun Quba filialının kollektivi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq könüllü şəkildə peyvəndlənmə prosesində iştirak edirlər. Filialın müəllim və tələbə heyəti gözəl başa düşür ki, növbəti tədris ilində də ənənəvi təhsili davam etdirmək üçün mütləq peyvənd olunmaq və qoyulan qaydalara riayət etmək vacibdir. Ümumiyyətlə bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.