ƏNƏNƏVİ FOLKLOR FESTİVALI

Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsinə şimal bölgəsində fəaliyyət göstərən 20-yə yaxın kollektiv qatılıb Sentiyabrın 27-də Xaçmaz şəhərində

Heydər Əliyev Adına Mədəniyyət mərkəzində keçirilən seçim turunda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını təmsil edən folklore qrupları təqdimatlarla çıxış ediblər. Kollektivlər tərəfindən təqdim olunan folklor nümunələrini Mədəniyyət Nazirliyinin, Mədəniyyət və İncəsənət Universitetinin və Mahnı və Rəqs Ansamblının nümayəndələrindən təşkil olunan münsiflər qiymətləndirir. Seçim turunda fərqlənən kollektivlər Ənənəvi Respublika Folklor Festivalında çıxış etmək imkanı qazanacaq. Seçim mərhələsində təmsil olunana 17 kollektiv arasında ləzgiləri, tatları, axıska Türklərinin və şimal bölgəsində yaşayan digər azsaylı xalqların, etnik qrupların təmsilçiləri də yer alıb. Sentyabrın 17-dən oktyabrın 31-dək davam edəcək seçim turları ölkəmizin bütün regionlarında təşkil olunacaq. Ənənəvi Respublika Folklor Festivalı “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq keçirilir.