ƏN ƏLVERİŞLİ İPOTEKA KREDİTİ ŞƏRTLƏRİ AZƏRBAYCANDADIR

İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3 faiz təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur.