ƏLİLLİK FAİZLƏRLƏ İFADƏ OLUNACAQ

Əlilliyə görə qruplar ləğv ediləcək . İnsan orqanizminin itirilməsi faizlərlə ifadə olunacaq: Əlilliyin yeni meyarlarına dair sənədlər Milli Məclisə təqdim olunub “İndiki I qrup 81-100, II qrup 61-80 faiz, III qrup 31-60 faiz olacaq.Bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdül-Qədirov mətbuat konfransında bildirdi.O həmçinin bildirdi ki, artıq əlilliyin yeni meyarlarına dair sənədlər Milli Məclisə verilib. Agentlik sədri mətbuat konfransı zamanı reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işlərinin davam etdirildiyini, həmçinin Qəbələ və Şəmkir şəhərlərində tikilən uşaq reabilitasiya mərkəzlərinin bu il istifadəyə veriləcəyini də bildirdi.