ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDU DÖYÜŞ ATIŞLI MƏŞĞƏLƏLƏR KEÇİRİR

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib. Səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.