ƏKBƏR QOŞALININ ŞERLƏRİ TATARISTANDA DƏRC EDİLDİ

Tatarıstanın nüfuzlu ədəbiyyat jurnalı olan "Kazan odları"nın bu ilki 10-cu sayında tatar oxucularına Əkbər Qoşalının şeirlərindən örnəklər təqdim edilib. Beynəlxalq "Alaş" Ədəbi mükafatı laureatı, şair, publisist Əkbər Qoşalı bunu yalnız ona deyil ümumilikdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirir.