ƏKBƏR QOŞALI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ İŞTİRAK EDİB

Azərbaycanlı yazar, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya

Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, DGTYB Məsləhət Şurasının üzvləri – “MİMAR” İB başqanı Yılmaz Okuklu və telejurnalist Səlim Yuhay bugünlərdə Qazaxıstan Yazıçılar Birliyi Qaraqanda filialının başqanı Janat Jańqashúlytərəfindən Qazaxıstana dəvət olunublar. Onlar “Qaraqanda Yazı – 2023” Poeziya Festivalında və Astanada keçirilən VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak ediblər. Səfər barədə daha geniş bilgini şair-publisist Əkbər Qoşalı və iş adamı Yılmaz Okuklunun öz dilindən eşidək. Qeyd edək ki, görüşlərdə Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri, ölkələrimiz arasında günü-gündən güclənən mədəni əlaqələr xüsusi minnətdarlıqla vurğulanıb.

 

{youtube}/hFv3bJoeU-k{/youtube}