ƏHMƏDBƏYLİ-FÜZULİ-ŞUŞA ZƏFƏR YOLUNDA SON TAMAMLAMA İŞLƏRİ İLƏ TANIŞLIQ

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa Zəfər yolunda aparılan son tamamlama işləri ilə tanış oldu. Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.