Şəxsi brendimizi yaratmaqla həyatımızı necə dəyişə bilərik? Əgər sizdən 10 ən yaxşı siyasətçinin, müğəninin , jurnalistin, aktyorun adını soruşsaq rahat şəkildə 4-5-nin adını deyəcəksiniz və qalanlarını da çətinliklə yadınıza salmağa çalışacaqsınız. Bunun səbəbi sosial təsdiqə və həmin şəxsin adının cəmiyyətdə hallanmasına istinad edir. Bəs bu hallar necə yaranır? Şəxsi brendi necə yaradılır?
Növbəti sujetdə bütün bu suallara cavab axtarmağa çalışmışıq. Hərdən insanların niyə bu qədər çox tanınmağı haqqında sual olunur. Insanların rahat bir şəkildə özlərinin həyatda sosial statusa malik olmasının bir səbəbi varmı? Bəli əlbəttə var. Bu suala neçə min illiklər cavab axtarılıb. Və nəhayət axtarılan cavab tapılıb. Bu cavab şəxsi brenddir. Hər insan ,öz şəxsi brendinin qurucusudur. Bəs nədir Şəxsi brend? Bu suallara cavabı isə hissə-hissə sizə çatdıracıq. Bu mövzunun vacibliyini nəzərə alıb Yeniliyin yaradıcı heyəti olaraq bunu sizə çatdırmaqda özümüzə borc bildik. Hazırsızsa başlıyaq. Şəxsi brend ətrafda olan insanlarda şəxsiyyətə qarşı əmələ gələn emosional reaksiyadır. Şəxsi brend sizi digər insanlardan ayırır, sizi rəqiblərdən fərqləndirir, insanların yaddaşında sizin obrazı möhkəmləndirir və onların məhz sizi seçməsinə təkan verir. Amma bu yalnız o halda işə yarayır ki, ətrafdakı insanların beynində sizin haqqınızda hansı fikrin yaranmasına siz nəzarət edirsiniz, siz qərar verisiniz ki, kim və harda sizin haqqınızda nə danışacaqlar, insanlar sizin haqqınızda hansı informasiyanı öyrənəcək. Gəldik əsas məsələyə şəxsi brendimizi necə quraq? Bunun üçün hardan başlamalıyıq? Özünüzü aktiv şəxsiyyət kimi mövqeləndirin. əlaqələri birinci olaraq özünüz qurmaqdan çəkinməyin. Danışıq zamanı ətrafdakılara qarşı diqqətli olmağa çalışın, onların danışdıqlarında maraqlı olduğunuzu onlara başa salın. Məlumatlı olduğunuzu nümayiş edin, son məlumatlar trendində olmaq artıq dərəcədə vacibdir. Özünüz haqqında danışmağı öyrənin Siz özünüz haqqda nə danışsanız qarşınızdaki insan da sizi elə tanıyacaq. Siz özünüz haqqında xoş bir fikirdə olsanız qarşı tərəfin beynində də o formalaşacaq. Sosial şəbəkələrdən aktiv istifadə edin 21-ci əsr insanı sosial şəbəkələrdən aktiv istifadə edir. Ilk öncə istifadə edtiyiniz sosial şəbəkə profilinizin adı düzgün seçilməlidir. Öz adınızda olmalıdır. Və profilinizin konsepsiyası olmalıdır. Məsələn, dahi şəxsiyyətlərdən statlar paylaşa bilərsiniz, cəmiyyətdə baş verən bir şeyə öz rəyinizi bildirə bilərsiniz və ya sizə yaxın olan bir sahə haqqında öz fikirlərinizi paylaşa bilərsiniz. Hər bir şəbəkə aktivliyi sizin brendizin bir hissəsidir. Bu səbəbdən hansı məlumatı sosial medialarda öz şəxsi səhifələrinizdə yerləşdirməyin mümkün olub-olmaması haqqında dərindən fikirləşin. Əlaqələri qoruyub saxlayın. çoxlarını tanımaq çox bilməkdən daha yararlı olur. Əlaqələr sizin şəxsi kapitalınızdır. Əlaqələrin yaradılmasında, şəxsi komplekslərin öhdəsindən gəlməkdən başlamağa dəyər: insanların sizinlə maraqlanmasını gözləməyin, onlara özünüz yazın. Bütün tanışlarınızı özünüzə dost edin. Çalışın ki əlaqəni itirməyəsiniz: təzə əlaqəni yaratmaq köhnə əlaqəni qoruyub saxlamaqdan çətindir. Və ən əsas məsələdən biri özünüzə yatırım edin. Sizə yaxın br sahədə özünüzü mütəxəssis kimi formalaşdırın. Mütamədi olaraq təlimlərə, seminarlar və həmin sahə üzrə kurslara pul xərcləməkdən çəkinməyin. Şəxsi brendimizi yaradaraq biz istər iş həyatımızda, istərsə də həyatımızın hər anında uğur əldə edə bilərik.