ŞƏHİDLƏRİN XATİRƏSİ YAD EDİLDİ

Qubanın Alpan kəndində şəhidlərin xatirə kompleksinin açılışı olub. Açılış mərasimində iştirak edən Türkiyə nümayəndə heyətinin üzvləri rayonun Susay kəndindəki Türk əsgərlərinin məzarını ziyarət ediblər. Azərbaycanın hər yerində şəhidlərin xatirəsinə ucaldılan abidə komplekslərinin əhəmiyyətindən danışan Quba rayon İcra hakimiyyətinin başçısı Ziyyədin Əliyev çıxışında vurğuladı ki, gələcək nəslin vətənpərvər ruhda böyümüsində, Yurdu üçün canından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlamaları baxımından böyük önəmlidir.