ŞƏHİD BAŞ ÇAVUŞUN DOĞUM GÜNÜ QEYD EDİLDİ

Daxili qoşunların baş çavuşu şəhid Əsgər Əhmədovun doğum günü qeyd edilib. Quba rayonun Paşaoba kəndində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsinin şəhidi Əsgər Əhmədovun doğum günü qeyd edilib. 1990-cı ilin 9 noyabrında Azərbaycan respublikasının dövlət bayrağı günündə Quba rayonun Bərqov kəndinə dünyaya göz açan Əsgər Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elə şəhid zirvəsinə də Cəbrayıl döyüşləri zamanı ucalıb.