ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRƏ MEDALLAR TƏQDİM EDİLİB

26 İyun Azərbaycan Silahlı Qüvvələr günü ilə bağlı Quba rayon İcra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Qubada tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra hakimiyyti aparatı rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və hüquq mühafizə orqanlarının nümayəndələri eləcə də torpaqlarımzıın azadlığı və bütövlüyü uğrunda canından qanından keçən şəhidləriminin valideynləri və yaxınları, Vətən savaşı qaziləri iştirak edib. Şəhidlərin xatirəısi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib. Dövlət himnindən sonra çıxış edən Quba rayon İcra hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Ölkədə Ordu qurucululuğundan danışıb Daha sonra söz torpaqlarımız uğrunda canlarından keçərək bir tarix yazan, özləri isə əbədiyyətə qovuşan şəhidlərimizin yaxınlarına verilib Silahlı Qüvvələr gününüdə çıxış edən qazilərimizin isə deyəcək bir spözləri vardı, mən fəxr edirəm ki, bu torpağın övladıyam, fəxr edirəm ki, Azərbaycan Ordusu kimi güclü ordumuz var Çıxışlardan sonra şəhid ailələri və qazilər “Hərbi xidmətə görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Sonda xatirə şəkillləri çəkilib