ŞƏHİD AİLƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLDİ

Quba rayon icra hakimiyyətində keçirilən növbəti görüşə 1-ci Nügədi, 2-ci Nügədi, Amsar Qışlaq kəndləri, Zərdabi və Bağbanlı qəsəbələri üzrə Vətən Müharibəsi Şəhidlərinin ailə üzvləri dəvət olunmuşdu. Sosial və kommunal xidmət sahələri rəhbərlərinin, yerli inzibati ərazi vahidliyi üzrə səlahiyyətli nümayəndələrin və bələdiyyə sədrlərinin də iştirak etdiyi görüşdə şəhid qəhrəmanlarımızın ailə üzvlərinin istək və arzuları dinlənib, onların sosial məsələlərinin həlli məqsədilə aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.