ŞUŞADA YENİDƏN VAQİF POEZİYA GÜNLƏRİNİN KEÇİRİLMƏSİ TARİXİ HADİSƏDİR

Uzun illərdən sonra işğaldan azad edilmiş Şuşa şəhərində böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günləri keçirildi.