ŞUŞADA TURİZM MƏRKƏZİ TİKİLƏCƏK

Şuşada yerli yaşayış massivinin məsçid və digər obyektlərin tikintisi davam edir. Şuşa şəhəri dövlət qoruğu idarə heyətinin sədri Möhsün Abbasov qeyd edib ki, yeni otellərin də tikintisi nəzərdə tutulur. Və bunun sayəsində də gələcəkdə Şuşada istənilən böyük miqyaslı tədbirlərin keçirilməsi mümkün olacaq.Şuşa rayonunun Daşaltı kəndində isə turizm mərkəzi tikiləcək. Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib. O deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək.Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq.