ŞUŞA VƏ AĞDAMA BİLETLƏR ONLAYN QAYDADA SATILIR

Şuşa və Ağdam şəhərlərinə istifadəyə verilən müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa çıxarılıb. Marşrutların təhlili, tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Məlumat üçün bildirək ki,Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.