ŞİMAL BÖLGƏSİNDƏ QIŞ TURİZMİNƏ HAZIRLIQ

Ölkənin şimalında qış turizm mövsümü dekabrın 15-dən start götürür. Dağlıq bölgələrə qarın yağması ilə həmin ərazilərdə yerləşən turizm obyektləri turistlərin sevimli məkanına çevrilir. Yay turizmi ilə daha çox məşhur olan Qubada son illər qış turziminin inkişafı üçün də mühüm işlər görülüb, güclü infrastruktur yaradılıb.