ŞİMAL BÖLGƏSİNDƏ AQROTURİZMİN İNKİŞAFI ÜÇÜN HƏR CÜR ŞƏRAİT VAR

Aqroturizmlə bağlı məlumatlandırıcı təlimlər keçirilir. Aqroturizm ferma və ya təsərrüfat sahələrində insanlara göstərilən turizm xidmətidir. Nəzərə alsaq ki , iqlim şəraiti ,məhsuldar torpağı,

meyvə bağları şimal bölgəsində də turizmin bu sahəsinin inkişaf etdirilməsi üçün hər bir şəraitin olduğunu göstərir.vəziyyəti əməkdaşımız Fariz Osmanlı araşdırıb. Aqroturizm kənd təsərrüfatı və turizmin vəhdət təşkil etdiyi bir sahədir . Turistlər bu zaman təsərrüfatda, fermada görülən işlərə qoşulur,prosesi yaxından izləyir,kənd məhsullarını yerindəcə alır ,yerli məhsulu dada bilirlər ..kənd təsərrüfatı rayonlarından biri hesab edilən qubada da aqroturizmin inkişaf etdirilməsi üçün hər cür şərait var . Aqroturistlərə “canlı təbiətlə” əlaqə, kəndin məşğuliyyəti və təbii ehtiyatlarla tanışlıq üçün hər cür şərait yaradılır.meyvə yığımını,heyvan yemləməy qaydaları hər şey öyrədilir. Bu sahənin ölkəmizdə inkişaf etdirilməsi üçün fermerlər aqroturizmlə bağlı daha çox məlumatlanmalıdirlar. Dünyada bu sektorun inkişafına baxmayaraq, hələ də onun cəmiyyətə və regionlara gətirdiyi faydalar barədə ölkəmizdə çoxlarının məlumatı yoxdur. wu wumen təşkilatının Quba regionundakı nümayəndəsi Fatimə Səfərova kənd təsərrüfatıyla məşğul olan xanımların aqroturizmə marağını artırmaq üçün müxtəlif təlimlər keçirir. Aqroturizm təbii resursları, kənd irsini və adət-ənənələri qorumaqla yerli iqtisadiyyatı canlandıraraq əhaliyə və cəmiyyətə fayda verir. Gəlin, turizmin bu faydalı sahəsini ölkəmizdə daha da inkişaf etdirək