ŞİMAL BÖLGƏSİ TURİSTLƏRİ QARŞILAMAĞA HAZIRDIR

Quba Azərbaycanın səfalı guşələrindən biridir. Gözəl təbiətə , valeh edici flora və faunaya malik olan Quba turistlərin maraq göstərdiyi ən sevimli məkanlar sırasında yer alıb. Hər il on minlərlə turist bu əsrarəngiz gözəlliklərdən həzz alır. Quba rayonunun təbii iqlim şəraiti, gözəl təbiət mənzərələri turizmin inkişafı üçün cox əlverişlidir. Rayonun füsunkar təbiətini seyr etmək üçün bura gələn yerli və xarici turistlərin sayı ildən-ilə artmaqdadır. Şimal bölgəsində turist infrastrukturunun geniş olması buranı həm yerli, həm də xarici turistlərin ən çox üz tutduqları turist distansiyalarından birinə çevirib. Xususilə yay aylarinda Quba və Qusar rayonununda isdirahət edəcək qonaqlar , böyük otel və istirahət mərkəzlərindən əlavə, həmçinin kənd qonaq evlərində də dincələ bilərlər.