ŞAHBAZ XUDUOĞLU TƏLTİF EDİLİB

“Qanun” nəşriyyat evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu Fransanın ən nüfuzlu mükafatlarından olan “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib. Mükafatı Fransanın mədəniyyət naziri adından bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross təqdim edib.