ŞAGİRDLƏR QARANLIQ OTAQDA DƏRS KEÇİRLƏR

Azərbaycanda bu məktəbdə düz 5 aydır ki, işıq yanmır. Xaçmazın Çarxı kəndində 5 aydır ki, məktəbdə işıq yanmır. Şagirdlər qaranlıq otaqda dərs keçirlər.

Müəllimlər isə elektrik sarıdan əziyyət çəkdiyinə görə heç bir kompyuterdən istifadə edə bilmirlər. Məktəbin zəngi bele elektriklə işləyir. Qaranlıq dəhlizləri və sinifləri işıqlandırmaq üçün yalnız məktəbin giriş qapılarını açmaq lazım gəlir. Söhbət Xaçmazın Gülümbala Rəsulov adına Çarxı kənd tam orta məktəbindən gedir. Məktəbin şagirdləri bildirirlər ki, Bilik Gününü qeyd etmək üçün qonşuluqda olan evdən məktəbə elektrik xətti çəkiblər Valideynlərin sözlərinə görə, güclü külək transformatoru sıradan çıxardığı üçün məktəb 5 aydır işıqsız qalıb. Məktəbin təsərrüfat müdürü Ruslan Əzimov da valideynlərin dediyi faktı təsdiq edib Məsələ ilə bağlı Xaçmaz Regional Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkədən bildirdilər ki, Çarxı məktəbinin transformatoru Xaçmaz rayon 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin balansındadır. Məsələni eşidib məktəbə gələn 2 saylı Ərazi Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirdi ki, bu məsələdən xəbərləri var. Bir həftə ərzində işıq problemi həll olunacaq. Xaçmaz rayon Təhsil Şöbəsindən də bildirdilər ki, bir həftə ərzində sözü gedən məktəbdə işıq yanacaq.