ŞABRAN XALQ TEATRI “XARIBÜLBÜL” TAMAŞASINI TƏQDİM EDİB

Şabran Xalq Teatrı “Xarıbülbül” tamaşasını təqdim edib. Tamaşa Vətən müharibəsində qazanılan Zəfərin ildönümü münasibətilə səhnələşdirilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aybəniz Əliyarın eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın rejissoru Cabir Əmrahovdur.