ÜZEYİR HACIBƏYLİNİN “KOROĞLU” OPERASI NÜMAYİŞ OLUNACAQ

Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Operada teatrın aparıcı solistləri, Əli rolunda Xalq artisti Əkrəm Poladov, Koroğlu rolunda Əməkdar artist Ramil Qasımov, Nigar rolunda Əməkdar artist İlahə Əfəndiyeva, Həsənxan rolunda Cahangir Qurbanov, Təlxək rolunda Əliəhməd İbrahimov və başqaları iştirak edəcəklər.