ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİ ÖNÜNƏ GÜL DƏSTƏLƏRİ DÜZDÜLƏR

Bu gün xalqımız müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,

dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edir. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev,İdarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları və rayon sakinləri Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi önünə gələrək Ulu Öndərin xatirəsini ehtiramla anıblar.Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyirayonun idarə,müəssisə və təşkilatlarında da qeyd olunub.

 

{youtube}nGv7u8moF7w{/youtube}