ÖZBƏKİSTANIN TELEVİZİYA KANALINDA “OLTİN KOPRİK OZARBAYJON” ADLI VERİLİŞ YAYIMLANIB

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Mədəniyyət va Mərifət” televiziya kanalında “Oltin koprik Ozarbayjon” adlı veriliş yayımlanıb. Verilişdə dili, dini, mədəniyyəti, adət və ənənələri bir-birinə yaxın olan xalqlarımızın tarixi dostluğu, Türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistanın ortaq dəyərləri geniş işıqlandırılıb. Proqramda hər iki ölkənin alimləri tariximizə, ədəbiyyatımıza nəzər salıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulam kimi şəxsiyyətlərin ədəbi əlaqələrimizin inkişafında xidmətlərindən söhbət açıblar.