ÖZBƏKİSTANDA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Tibb Universiteti ilə birgə “Xalqların adət-ənənələri və mətbəxi” adlı tədbir keçirib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, azərbaycanlı gənclər iştirak edib.Əvvəl mərasim iştirakçıları Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafından bəhs edən kitablar və s əsərlərlə tanış olublar. Hazırlanan sərgidə milli musiqi alətləri, Azərbaycan xalçaları, kəlağayıları, ölkəmizin mədəniyyət və turizm gözəllərini əks etdirən fotolar nümayiş etdirilib.Tədbirin bədii hissəsində Azərbaycanın Qarabağ diyarının tarixi milli qadın və kişi geyimləri moda sərgisində nümayiş olunub.İştirakçılar müxtəlif Azərbaycan şirniyyatları-şəkərbura, paxlava və qutablara qonaq ediliblər.