ÖZBƏKİSTAN TÜRKPA YA DAXİL OLMAĞI QƏRARA ALIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1463
			
	
        
		
			
		
		
	
	
		Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olmağı qərara alıb. Bu barədə  Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadıq Səfayev Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçmanın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edərkən məlumat verib. Nümayəndə heyətinə Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları da daxil olub.Tərəflər Özbəkistanla Türk Şurasının üzvü olan dövlətlər, həmçinin Özbəkistan parlamenti ilə TÜRKPA arasında ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.Sadıq Səfayev deyib ki, Özbəkistan Türk Şurası ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Özbəkistan parlamenti də TÜRKPA ilə əlaqələrin inkişafında maraqlıdır. İsmet Uçma bildirib ki, Özbəkistan Türk dünyasında xüsusi yer tutur. TÜRKPA Özbəkistanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi əzmindədir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				