ÇİNDƏ UNESCO-NUN DÜNYA İRS KOMİTƏSİNİN 44-CÜ SESSİYASI İŞƏ BAŞLAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1391
			
	
        
		
			
		
		
	
	
		Çinin Fucou şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü geniş sessiyası işə başlayıb.UNESCO-nun  Çin hökumətiilə birgə təşkil etdiyi sessiya təşkilatın tarixində ilk dəfə olaraq videokonfrans formatında keçirilir. Cədvəl üzrə ötən il keçirilməli olan 44-cü sessiya COVID-19 pandemiyası səbəbindən bu ilə təxirə salınıb. Sessiya 2020 və 2021–ci illəri əhatə etdiyindən uzadılaraq 15 gün davam edəcək.Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın və milli memarlığımızın incilərindən hesab olunan Xudafərin körpülərinin də Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflər var və bu istiqamətdə işlərə başlanılıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				