ÇİMƏRLİKLƏR “MEYMUN ÇİÇƏYİ”NƏ BULAŞA BİLƏRMİ?
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 740
			
	
        
		
			
		
		
	
	
		Hazırda  dünyanın bir çox ölkələrində aşkarlanan” Meymun çiçəyi “virusu çimərlik mövsümü yaxınlaşdıqca insanları daha çox narahat edir.   Çünki, bu  xəstəliyin su çiçəyi infeksiyası ilə klinik əlamətləri oxşar hesab olunur.  Su çiçəyinin isə su hövzələrində yayılma riski daha çoxdur. Həkim infektsiyonist Adil Qeybulla   deyirki,  Meymun çiçəyi hava damcı yolu ilə yayılan bilən infeksiyadır.  Bu virusun su ilə digər şəxslərə ötürülmə ehtimalı yoxdur. 
Həkim infektsiyonist Adil Qeybullanın  sözlərinə görə,  xəstəliydən qorunmaq üçün əsas gigiyenik qaydalara riaət etməyi çimərliklərdə ara məsafəsini qorumağı tövsiyyə  edilir. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				