ÇAĞDAŞ DÖVRDƏ QƏZETLƏRƏ MARAQ NECƏDİR?

Qəzet -kütləvi informasiya vasitələrinin bir qolu olub, azı ayda bir dəfə daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşrdir.Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayır.Bəs müasir dövrdə necə qəzetlərdən yararlana bilirikmi?

Dünyada ən uzunömürlü tarixə malik kütləvi informasiya vasitəsi olan qəzetlərin hər bir ölkənin tarixi, siyasi, mədəni və ədəbi gerçəkliklərinin aşkarlanıb öyrənilməsində xüsusi rolu var.Bir zamanlar hər kəs cəmiyyətimizdə və dünyada baş verən ictimai,siyasi, sosial , iqtisadi proseslərlə məhz qəzetlər vasitəsi ilə tanış olurdular .Getdikcə İnternet şəbəkəsinin geniş yayılması ötürülən məlumatların fərqli şəkildə əldə olunmasına şərait yaratdı.Kimisi indi dünyada baş verən prosesləri televiziyalardan,kimisi isə internetdən əldə edir.Bəs görəsən müasir dövrdə qəzetlərə maraq hansı səviyyədədir. İnsanları əhatə edən informasiya ehtiyatlarının həcmi artdıqca, onların arasından doğru olan məlumatların axtarılıb tapılması daha da çətinləşir.Azərbaycan bölgələrində ilk mətbu orqan olan Şəfəq qəzetinin baş redaktoru Qəhrəman Qasımov məsələyə münasibət bildirərək həmçinin onu da qeyd etdi ki, hətta çox vaxt qəzet materialları tarixi faktlara, mənbələrə çevrilir. Müsahibimiz Qəhrəman Qasımov dövrümüzdə qəzetlərə marağın daha da artırılması üçün vacib olan məqamları diqqətə çatdırdı Sonda onu da xatrladaq ki, ictimai fikrin formalaşmasını və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasını qarşısına məqsəd qoyan Şəfəq qəzeti 1921-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Artıq bir əsrlik tarixə malik olan bu mətbu orqan ayda 2 dəfə nəşr olunmaqla oxucuların görüşünə gəlir .