ZAKİR HƏSƏNOV TÜRKİYƏDƏ KEÇİRİLƏN SƏRGİDƏ İŞTİRAK EDİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə avqustun 17-də İstanbulda keçirilən “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Zakir Həsənov sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin “ASELSAN”, “ROKETSAN”, “HAVELSAN”, “ASPİLSAN” və digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.