YƏHUDİLƏRİN PESAX BAYRAMI QEYD OLUNUR

Yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı Qubada da təntənəli şəkildə qeyd olunub.Bayram tədbiri dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki Heydər Əliyev adına istirahət parkında keçirilib. Bayrama qatılanlar rayonda yaşayan dağ yəhudilərinin tarixini, mədəniyyətini, eləcə də bayram adət-ənənələrini əks etdirən fotosərgi ilə tanış olublar. Pesax bayramına həsr olunan tədbir Qırmızı Qəsəbədəki Ağsaqqallar Klubunda davam edib.