"YURDDA BAYRAM” ADLI TƏRƏKƏMƏ FESTİVALI TƏŞKİL EDİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1093
			
	
        
		
			
		
		
	
	
		Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix- Bədii Qoruğunun təşkilatçılığı ilə "Yurdda bayram” adlı tərəkəmə festivalı təşkil edilib. Qobustan Milli   Tarix- Bədii Qoruğunda keçirilən festivalın əsas məqsədi zəngin elat mədəni irsinin təbliği və iştirakçıları onların həyat tərzi ilə canlı şəkildə tanış etməkdir. Mədəniyyət naziri Anar Kərimov Festivalın əhəmiyyətindən danışıb. "Yurdda bayram” adlı tərəkəmə festivalının Azərbaycan xalqının tarixi köklərə, adət-ənənələrə bağlı olduğunu göstərən bir tədbir olduğunu bildirən nazir vurğulayıb ki, belə tədbirləri tək Qobustanda yox, azad olunan Qarabağda da keçirəcəyik.
    
        
                    
            
	
	
				
				
		
	
	
				