Yerdən ayrılmadan gəzinti

Yaponiya aviaşirkəti yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir

Yaponiyanın aviaşirkətilərindən biri təyyarə ilə uçmadan, olduğunuz yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir.

Yaponiya aviaşirkəti tərəfindən hazırlanan virtual reallıq sistemi bu Sakit okean cənnətinə real səfər təəssüratı yaratmaqla səyahətçilərin seçiminə təsir göstərmək niyyətindədir.Sistemdən istifadə edən gələcək səyyah qurğunun qaçış zolağına bənzəyən lenti üzərində addımlayaraq, geydiyi xüsusi eynək vasitəsilə Havay adalarındakı çimərliklərə və ya mağaralara “səyahət edir”.Qurğu görüntüləri, eyni zamanda, buradakı çiçəklərin və torpağın iyini hiss etdirməklə nümayiş etdirir. Hətta monitorda şəlalə görünən zaman yaxınlıqdakı ventilyator işə düşərək, ətrafa kiçik su damcıları səpələyir ki, bu da səfər illüziyasına tam reallıq hissləri verir.