"YENİÇAĞ.AZ" SAYTININ 14 YAŞI TAMAM OLUR

5 sentyabr 2007-ci ildə yaradılan "Yeniçağ.az" saytı “Yeni Çağ” qəzetinin internet versiyası olaraq, fəaliyyətə başlayıb. "Yeniçağ.az" saytı analitik araşdırma yazıları, özəl xəbərləri ilə təkcə ölkə daxilində deyil, xaricdə də oxunmaqdadır. Qeyd edək ki, araşdırmaçı yazar, “Terrorun Gülən üzü” kitabının müəllifi Aqil Әləsgərin rəhbərlik etdiyi Yenicag.az saytı xarici ölkələrdə Xocalı Soyqırımı və 28 may Respublika günü kimi günlərin təbliğatı ilə bağlı bir sıra mühüm tədbirlərin təşkilatçısı olub.