YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

Respublikanın hər yerində olduğu kimi Quba rayonunda da yeni məktəb binaları tikilib və ya əsaslı təmir olunub. 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsinə verilən belə yeni məktəblərdən biri də Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbidir. 850- şagird yerlik yeni məktəbinin açılışında Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Quba rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, hüququ mühafizə orqanı əməkdaşları və digər rəsmi şəxslər, eləcə də Zərdabi qəsəbəsindən olan 1-ci və 2-ci Qarabağ mühasibəsi iştirakçıları, şəhid anaları iştirak etdi.