Yağış suyunu faydaları

Bitkilər ehtiyac duyduqları qida və suyu kökləri vasitəsilə torpaqdan alırlar

Yağış suyu tərkibcə adi distillə olunsn suya bənzəsə də faydalarına görə ondan qat-qat üstün və əvəzolunmazdır. Fikir vermisinizsə, yağışdan əvvəl göy guruldayır, yağışdan sonra isə gözəl bir qoxu ətrafa yayılır, bu, ozonun qoxusudur.

Yağış suyunun tərkibi adi sudan fərqli olaraq oksigenlə daha zəngindir. Ozon ionları yağış suyunun tərkibində adi sudan dəfələrlə çox olur, bütün bunlar suya yeni bir həyat, bir canlanma verir.

Yağış yağan zaman ilk yarım saatdan sonra bu sudan bacardığınız qədər toplayın. Yağış suyu ilə saçlarınızı yuyun. Çalışın yuyandan sonra qurulamayasınız, bu, suyun təsirini daha da gücləndirir. Saçlarınız çox canlanacaq, yumşaq və elastik olacaq, kəpəklənmə və tökülmə dayanacaq.

Yağış suyunun bitkilərə də faydası çoxdur.

İstər qapalı şəraitdə saxsı qablarda, istərsə də həyətdə yetişdirdiyiniz bitkiləri sulamaq üsulu həmin bitkinin böyüməsi baxımından çox önəmlidir.

Bitkilər ehtiyac duyduqları qida və suyu kökləri vasitəsilə torpaqdan alırlar.

Qapalı şəraitdə saxsı qablarda yetişdirdiyiniz bitkiləri steril kran suyu ilə sulamaqdansa, yağış suyundan istifadə etməyiniz daha məsləhətlidir. Çünki yağış suyu steril kran suyundan daha faydalı olub, bitki üçün yararlı qida elementləri ilə zəngindir.

Yağış suyu bitkilərin üzərində ağ rəngdə ləkələr buraxıb görünüşünü pozmaz. Spreylə yağış suyunu bitkilərin üzərinə səpmək bitkiləri daha canlı və parlaq göstərər. Buna görə spreylə bitkilərin kökünə hər zaman buxar və su vermək vacibdir.