YAY AYLARINDA QİDA ZƏHƏRLƏNMƏLƏRİNİN BAŞ VERMƏMƏSİ ÜÇÜN NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

Yay aylarında temperaturun yuxarı olması səbəbindən bakteriyaların yayılması nəticəsində qida zəhərlənmələrinə daha çox rast gəlinir. Bununla da digər fəsillərə nisbətən yay aylarında bəzi qida məhsullarına daha diqqətlə yanaşmaq lazımdır. Məhz əhalinin təhlükəsiz qida ilə təmin olunması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "5 qızıl" qayda müəyyən edilmişdir. Hər bir şəxsin riayət etməli olduğu bu qızıl 5 qayda hansılardır süjetimizdə tanış olacaqsınız.