YAPONİYANIN 146 YAŞLI BƏNÖVŞƏYİ SALXIM AĞACI

Dünyada bir sıra özünəməxsusluğu ilə seçilən Yaponiya, sadəcə inkişaf etmiş texnalogiyası ilə deyil, eyni zamanda möhtəşəm görünüşlü təbiəti ilə də diqqətləri üzərinə çəkir.

Yaponiya, mədəniyyəti, insanları və sürətlə inkişaf edən sənayesi ilə dünyada fərqlənən bu ölkə, eyni zamanda maraqlı təbiəti ilə də diqqətləri cəlb edir. Yaponiya, görünüşü ilə göz oxşayan dünyanın ən yaşlı və böyük ağaclarından biri olan bənövşəyi salxım ağacına ev sahibliyi edir. Bu nəhəng ağac ölkənin Honsu adasında yerləşən Aşikağa şəhərinin eyni adlı milli parkında yerləşir. Milyonlarla xoş qoxulu bitkinin olduğu bu parkda turistlərin diqqətini ən çox çəkən nəhəng bənövşəyi rəngli salxım ağacıdı. 1870-ci ildə əkilən bu ağac 1990 kv.m ərazini əhatə edir. Ağacın sallanan budaqların sınmaması üçün dəmir dirəklərdən dayaqlar düzəldilib. Ağacın altından baxıldıqda göy üzü bənövşəyi möhtəşəm görünür. Buna görə də, bu ağacın altından göy üzünü izləməyə hər il Aşikağa milli parkına minlərlə turist gəlir. Görənləri heyran qoyan 146 yaşlı bu ağac, dünyanın olmasa da Yaponiyanın ən böyük salxım ağacı sayılır.