YANĞIN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

Xaçmazda təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda sahibkar və fermerlərlə görüş keçirilib. Keçirilən görüşdə sahibkar və fermerlər təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda bilgiləndiriliblər. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, həmçinin Baş Prokurorluğun rəsmilərinin qatıldığı görüşün iştirakçıları əvvəlcə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.