"XOCALIYA ƏDALƏT!" FİLMİ - TÜRK DÜNYASI SƏNƏDLİ FİLM FESTİVALINDA

Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Yarışması keçiriləcək. Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq. Bu il "Türk mədəniyyəti və türkün dünyaya baxışı" mövzusunda baş tutacaq festivalda ölkəmiz həmyerlimiz, İstanbul Universitetinin kommunikasiya fakültəsinin radio, televiziya və kino bölümünün doktorantı Səidə Ömərin "Xocalıya ədalət!" sənədli filmi ilə təmsil olunacaq.