XAÇMAZDA “YAZ FESTİVALI” KEÇİRİLDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 834
			
	
        
		
			
		
		
	
	
		Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Xaçmaz rayonunda  aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçirilib. Festivalda Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər. 
Festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək vermək, müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasıdır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				