XAÇMAZ RAYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ EHTİRAMLA ANILIB

Xaçmaz rayonunda ulu öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb. Səhər saatlarından başlayaraq Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, ruhuna ehtiram nümayiş etdiriblər. Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələr üzrə əldə edilən uğurlar, qazanılan naliyyətlər xoş xatirələrlə yada salınıb.