XAÇMAZ RAYONUNDA ARXEOLOJİ QAZINTILAR APARILIR

Xaçmaz rayonun Həsənqala kəndi ərazisində İlk tunc dövrü və Orta əsrlərə aid yaşayış məskənində arxeoloji qazıntılar aparılır. Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb. Qazıntılar zamanı yaşı min ildən çox olan Şirvanşahlar dövlətinə məxsus sikkələr aşkarlanıb. Tapılan maddi mədəniyyət nümunələrinin bir qismi saxlanılması üçün Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.