XATİRƏ PUL BURAXILIB

Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunan bürünc sikkə xatirə pulu buraxıb.

Xatirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunu 650. Yılı” yazısı, arxasında isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.