XARKOVDA VƏZİYYƏT GƏRGİN OLARAQ QALIR

Ukrayna Müdafiə Nazirinin müavini Anna Malyar gün ərzində Mariupola zərbələr endirildiyini , dəniz limanına hücumlar olduğunu bildirib. Silahlı Qüvvələrimiz güclü müdafiəni təmin edir. Mariupol Ukrayna üçün qalxandır. Bu şəhər Rusiya qoşunlarının daha irəli getməsinin qarşısını alır – deyə o vurğulayıb.