XARİCİ BLOGERLƏR AĞDAMA SƏFƏR EDİBLƏR

Ölkəmizdə səfərdə olan dünyanın 8 ölkəsindən olan blogerlər “Show me Azerbaijan” beynəlxalq blogerlər layihəsi çərçivəsində mayın 30-da işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Layihə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini, həmçinin Azərbaycanda mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq sosial şəbəkələrdə tərənnüm etməkdir.Şimali Amerika və Avrasiyadan ümumilikdə 8 ölkənin 12 xarici sosial media blogeri əvvəlcə Ağdam şəhər Cümə məscidinə gələrək burada ermənilərin törətdikləri barbarlıqlarla tanış olublar. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib.Nümayəndə heyəti Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır. bunu jurnalistlərə müsahibəsində “Show Me Azerbaijan” layihəsi çərçivəsində Ağdamda səfərdə olan ABŞ-dan olan bloger və yotuber Dak Barner deyib.Səfərdə iştirak edən Ağdam rayon sakini Fəxrəddin Hacıbəyli bir vaxtlar çalışdığı Ağdam Dram Teatrının dağıntıları qarşısında tarda milli musiqimizdən nümunələr ifa edib.