XANKƏNDİDƏ PAŞİNYANA QARŞI MİTİNQ KEÇİRİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 875
			
	
        
		
			
		
		
	
	
		Mayın  28- i Xankəndidə  separatçılar Ermənistanın  Baş Naziri  Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.  Qarabağda yaşayan  ermənilər  Ermənistan hakimiyyətinə onları müdafiə etməmək  və dəstəkləməməkdə günahlandırıblar.  Onlar  Paşinyanı satqın adlandıraraq yürüş keçiriblər. Separatçılar bildiriblər ki ,  Azərbaycan vətəndaşlığını qəbul etmək  niyyətində deyillər  və sonacan  buna qarşı çıxacaqlar. Bəs Azərbaycan tərəfi buna necə reaksiya verəcək ? 
    
        
                    
            
	
	
				
				
		
	
	
				