UŞAQLAR YAY TƏTİLİNİ NECƏ KEÇİRMƏLİDİRLƏR?

Şagirdlərin əksəriyyəti yay tətilini mobil telefon, kompüter, onlayn oyunlarla keçirir. Amma tətilin dadını çıxarmaqla yanaşı bu vaxtdan səmərəli istifadə edənlər də az deyil. Kimisi dil kurslarına kimisi də yay məktəblərinə üzv olub. Bir sözlə özünüinkişaf etdirərək vaxtını düzgün bölən şagirdlər kifayət qədərdir. Ekspertlər yeyi tədris ilində şagirdlərin daha gümrah, sağlam olması baxımından tətilində məktəblilərin yaxşı istirahət etməsinin əsas olduğunu bildirir. Amma bununla yanaşı öyrənməkdən də geri qalmamağı tövsiyə edir.Həmçinin, uşaqların sevdiyi idman növü ilə məşğul olmasına və yaxud maraqlı bir kitab oxumasına şərait yaratmaq lazımdır. Unutmayın, övladınızın faydalı və rəngarəng vaxt keçirməsi sizin əlinizdədir.