UŞAQ VƏ YENİYETMƏLƏR ÜÇÜN USTAD DƏRSİ KEÇİRİLƏCƏK

Bakı Küçə Fotoqrafiyası Festivalı uşaqları və yeniyetmələri düşünərək , “LITTLE YARAT” layihəsi çərçivəsində keçiriləcək küçə fotoqrafiyası janrına həsr olunmuş ustad dərslərində iştirak etmək üçün gözəl bir fürsət təqdim edir.“YARAT” Müasir İncəsənət Mərkəzindən bildirilib ki, “Artım” layihə məkanında reallaşacaq ustad dərsləri 3 hissədən ibarət olacaq.Birinci dərs mayın 22-də “Fotoqrafiya sənətinə giriş. Nəzəriyyə və mütəxəssis məsləhətləri”, ikinci dərs ayın 23-də “Şəhərdə gəzinti və çəkiliş”, üçüncü dərs isə ayın 29-da “Çəkilmiş fotoların baxışı və təhlili” adı altında keçiriləcək.